"Qalatasaray" ulduz futbolçunu transfer etmək istəyir
"Mançester Siti" klubunda çıxış edən futbolçu İlkay Gündoğan karyerasını “Qalatasaray”da davam etdirəcək.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan yarımmüdafiəçi Türkiyə klubuyla 2 illik anlaşma imzalayacaq.
Qeyd edək ki, İ.Gündoğan cari mövsümdə "Mançester Siti"nin heyətində 38 matça çıxıb, 2 dəfə rəqib qapısına yol tapıb və 2 məhsuldar ötürmə verib.