"Qalatasaray" ulduzu ilə vidalaşır

"Qalatasaray"ın belçikalı futbolçusu Dris Mertens karyerası ilə bağlı qərar verib.

Sportline.az "Sabah Spor"a istinadən xəbər verir ki, Mertens mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq. 

37 yaşlı futbolçu karyerasını başa vurmaq istəyir.

Qeyd edək ki, Mertens 2022-ci ildən "Qalatasaray"da çıxış edir.