"Qalatasaray" və "Fənərbağça"nın oyunlarının hakimləri bilindi
Fevralın 20-də UEFA Avropa Liqasının pley-offunda cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, Türkiyənin yarışdakı təmsilçiləri də həmin gün meydana çıxacaqlar.
Artıq hər iki qarşılaşmanın hakimləri məlumdur.
"Qalatasaray"ın "AZ Alkmaar"la cavab görüşü ingiltərəli Entoni Teylora həvalə olunub.
"Anderlext" - "Fənərbağça" matçını isə isveçrəli Sandro Şarer idarə edəcək.
Xatırladaq ki, "Qalatasaray" ilk oyunda 1-4 hesabı ilə uduzduğu halda, "Fənərbağça" 3-0 hesabı ilə qalib gəlmişdi.