''Qalatasaray'' və ''Fənərbağça''nın transfer rəqabəti

Super Liqada çempionluq uğrunda mübarizə aparan ''Fənərbağça'' və ''Qalatasaray'' bu dəfə transfer rəqabətində üz-üzə gəliblər.

Sportline.az TyC Sports-a istinadla xəbər verir ki, Türkiyə təmsilçiləri Anxel Korrea üçün yarışa giriblər.

''Atletiko Madrid''in yarımmüdafiəçisi mövsümün sonunda klubdan ayrılmağa hazırlaşır.

Argentinalı futbolçunun klubu ilə müqaviləsi İyun ayında başa çatır.

30 yaşlı yarımmüdafiəçi 2014-cü ildən ''Atletiko Madrid''də çıxış edir.

Qeyd edək ki, Korrea ''Atletiko Madrid''in heyətində 448 oyun keçirib 85 qol 62 məhsuldar ötürmə ilə yadda qalıb.