"Qalatasaray" və "Fənərbaxça" qalib gəldi

Türkiyə kubokunda qrup mərhələsinin 2-ci tur görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 6 qarşılaşma keçirilib. 

Yarışın favoritlərdən "Qalatasaray" və "Fənərbaxça" turu qələbə ilə bitiriblər.

A qrupu

"Amedspor" - "Başakşəhər" - 2:2
Qollar:
 Karaboğa, 30 (1:0), S.Şəntürk, 45-pen (1:1), Çətin, 50-avtoqol (1:2), Balcı, 67 (2:2)
Qırmızı vərəqələr: Çoban, 45, Özçelik, 55 (hər ikisi "Amedspor")

"Şanlıurfaspor" - "Bandırmaspor" - 0:3
Qollar:
 Karabulut, 12 (0:1), Şimşək, 42 (0:2), Çengiz, 76 (0:3)

D qrupu

"Bucaspor" - "Aydınspor" - 2:0
Qollar:
 Tensi, 2 (1:0), Taşkıran, 35 (2:0)

E qrupu

"Kastamonuspor" - "Qalatasaray" - 1:2
Qollar:
 Çolak, 5-pen (0:1), Bulut, 62 (0:2), Özçelik, 72 (1:2)

"Akhisar" - "Karşıyaka" - 0:2
Qollar:
 Djuriç, 71 (0:1), Balcı, 90 (0:2)

H qrupu

"Fənərbaxça" - "Antalyaspor" - 4:2
Qollar:
 Nani, 14 (1:0), Özbayraklı, 31 (2:0), van Persi, 49 (3:0), 59 (4:0), Akbaba, 73 (4:1), Etame, 90 (4:2)