"Qalatasaray" yeni qapıçı axtarışına çıxıb

"Qalatasaray"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Ntvspor.net"ə istinadən xəbər verir ki, "Barselona"nın ispaniyalı qapıçısı İnyaki Penya "Qalatasaray"ın maraq dairəsinə düşüb.

Penyanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 10 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, "Barselona" 26 yaşlı kiperi satmağa hazırdır.