"Qalatasaray" yeni transferini ictimaiyyətə təqdim etdi
"Qalatasaray" klubu norveçli futbolçu Martin Linnesi transfer etdiyini rəsmən açıqlayıb. SportLine.az xəbər verir ki, yarımmüdafiəçinin keçidinə görə "Molde" klubuna 2 milyon avro ödənilib. Həmçinin, Linnesin start heyətində yer aldığı hər 20 oyun üçün 100 min avro ödəniləcək.
Futbolçunun özü isə hər oyun üçün 10 min avro qazanacaq.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.