"Qalatasaray" Zahadan sonra daha 3 futbolçu ilə yollarını ayıracaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray"da növbəti ayrılıqlar gözlənilir.

Sportline.az xəbər verir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk Leo Duboa, Derik Könh və Sergio Olivieranı yeni mövsümdə komandada düşünmür.

Xəbərdə bildirilir ki, klub Derik Könh üçün 8 milyon avro tələb edir.

"Qalatasaray"ın bundan əlavə heyətini sol cinah müdafiəçisi və sağ cinah hücumçusu ilə gücləndirəcəyi vurğulanıb.

Qeyd edək ki, Zahanın Premyer Liqaya transfer olunacağı artıq dəqiqləşib.