"Qalatasaray" Zahanın yerinə bu futbolçunu transfer edəcək
Zaha ilə yollarını ayıran "Qalatasaray" heyətini kolumbiyalı futbolçu ilə gücləndirəcək.
Sportline.az Ntvspor.net-ə xəbər verir ki, "sarı-qırmızılılar" "Fluminense"nin 26 yaşlı oyunçusu Con Ariası transfer etmək istəyir.
Mənbənin sözlərinə görə Türkiyə klubu oyunçu üçün 10 milyon avroluq təklif göndərib. "Fluminense"nin tələbi isə 15 milyon avrodur.
Qeyd edək ki, ötən mövsüm Braziliya Liqasında 34 oyuna çıxan Arias aktivinə 8 qol və 6 asist yazdırıb.Onun klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.