''Qalatasaray''a milyonlar qazandıracaq oyunlar
''Qalatasaray'' Çempionlar Liqasının play-off mərhələsində ''Yanq Boyz''la qarşılaşacaq.
Sportline.az xəbər verir ki, "Cim-bom" bu mərhələni adlasa UEFA tərəfindən 18.64 milyon avro qazanacaq.
İlk matç avqustun 21 i səfərdə, cavab qarşılaşması isə 27 avqustda "Rams park"da baş tutacaq.
Qeyd edək ki, bu sezon Çempionlar Liqasında hər komanda 8 oyun keçirəcək.
Komandalar qələbə sayəsində 2.8 milyon avro, bərabərlik təqdirində 930 min avro qazanacaq.