“Qalatasaray”a 30 milyon avro təklif olunub
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Qalatasaray"a Barış Alper Yılmaz üçün 30 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "Sabah" qəzeti məlumat yayıb.
25 yaşlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, B.Alper Yılmaz bu mövsüm meydana çıxdığı ilk oyunda 2 qol 1 asistlə yadda qalıb.