"Qalatasaray"da daha bir itki
"Qalatasaray"ın itkilər siyahısına daha bir ad əlavə olunub.
Sportline.az xəbər verir ki, söhbət Yunus Akgündən gedir.
Zədəsini yenicə sağaldaraq "Fənərbağça" ilə derbi matçında meydana çıxan futbolçu aldığı sarı vərəqə ilə cəzalı duruma düşüb.
24 yaşlı futbolçu bu səbəbdən "Kasımpaşa" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm keçirdiyi 31 oyunda 11 qol və 7 asist müəllifi olub.