"Qalatasaray"da erkən ayrılıq gözlənilir
"Qalatasaray" klubunda mövsüm başa çatmamış ayrılıq gözlənilir.
Sportline.az xəbər verir ki, söhbət icarə əsasında komandanın formasını geyinən Pşemıslav Frankovskidən gedir.
"A Spor"da yayılan məlumata görə polşalı futbolçu tezliklə geri göndəriləcək.
Səbəb isə 29 yaşlı polşalı sinah oyunçusunun etimadı tam doğrultmamasıdır.
Qeyd edək ki, Frankovski dövrələrarası fasilədə Fransanın "Lans" klubundan 1 milyon avro müqabilində icarəyə götürülmüşdü.