''Qalatasaray''da Joao Feliks həyəcanı

''Qalatasaray'' heyətini gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, sarı-qırmızılılar icarə əsasında Milanda çıxış edən Joao Feliksi heyətinə qatacaq.

Sezon sonunda Dris Mertensin karyerasını bitirəcəyi təqdirdə cim-bom onun yerini portuqaliyalı ilə gücləndirəcək.

Qeyd edək ki, bu mövsüm Milanın heyətində 10 matçda iştirak edən Feliks 1 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.