''Qalatasaray''da şok itki
''Qalatasaray''da ''Yanq Boyz''la oyun öncəsi şok itki.
Sportline.az xəbər verir ki, bu haqda Fanatik.com.tr saytında məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə, klubun aparıcı futbolçusu Barış Alper Çempionlar Liqasının play-off mərhələsində ''Yanq Boyz''la ilk matçı buraxacaq.
Buna səbəb futbolçunun səhhətindəki problemdir.
Belə ki, Barış Alper hazırda ürək bulanması, qusma və ishaldan əziyyət çəkir.
Qeyd edək ki, klubun digər aparıcı futbolçusu Davinson Sançes də zədə səbəbindən oyunu buraxacaq.