"Qalatasaray"da yeni futbolçu

Türkiyənin "Qalatasaray" klubu "Altay"da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

Sportline.az İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisinin transferi üçün "sarı-qırmızılar"la razılıq əldə olunub.

Karataşla tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.