"Qalatasaray"dan "Mançester Yunayted"ə
"Qalatasaray"ın ötən mövsümün əvvəlində "Norviç Siti"dən transfer etdiyi braziliyalı yarımmüdafiəçisi Qabriel Sara karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu "Mançester Yunayted"in hədəfindədir.
Bu haqda "Akşam"da məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə mançesterlilər onun üçün 30 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, "Qalatasaray"la 2029-cu ilədək müqaviləsi olan braziliyalı ötən mövsüm meydana çıxdığı 45 oyunda 2 qol və 10 asist müəllifi olub.