“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun müdafiəçisi Leo Dubanı transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün “Olimpik”ə 2.5 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Leo Duba Fransanın “Nant” klubunun yetirməsidir. O, 2018-ci ildən “Olimpik”də oynayırdı. Müdafiəçi bu komandada  ümumilikdə 129 oyuna çıxıb, 5 qola imza atıb. Fransa yığmasının da üzvü olan futbolçu, millidə 13 oyuna çıxıb.