"Qalatasaray"dan sürpriz transfer gözlənilir

Bu mövsüm çempionluğa əsas namizəd sayılan "Qalatasaray" gələn sezon üçün də çalışmalarını davam etdirir.

Sportline.az xəbər verir ki, İstanbul nəhənginin transfer siyahısındakı futbolçuların adı üzə çıxmaqdadır.

Onlardan biri də "Sivasspor"un hücumçusu Bekir Turaç Bökedir.

"Yeni Asır"ın məlumatına görə "Qalatasaray" yay transfer dönəmində bu futbolçunu heyətə qatacaq. 

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm meydana çıxdığı 27 oyunda 5 qol və 2 asist müəllifidir.