"Qalatasaray"dan yeni transfer

"Qalatasaray" klubu növbəti transferini reallaşdırmağa yaxındır.  

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Ankaragücü"nün gənc futbolçusu Arda Ünyayın transferini demək olar ki, həll edib. 

"Qalatasaray" 18 yaşlı mərkəz müdafiəçisi üçün "Ankaragücü" klubuna 500 min avro təzminat ödəyəcək.

Gənc futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə bağlanacaq.