“Qalatasaray”ın 2 futbolçusu zədələnib

İstanbul nəhəngi “Qalatasaray”ın futbolçuları Kaan Ayhan və İsmayil Yakopsun zədələndiyi açıqlanıb.

Sportline.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, hər iki futbolçunun “Tottenhem” ilə matçda iştirak etməsi sual altındadır.

İsmayil Yakopsun zədəsinin ciddi olduğu qeyd olunur.

Qeyd edək ki, “Qalatasaray” növbəti matçını 7 noyabrda “Tottenhem”ə qarşı İstanbulda keçirəcək.