"Qalatasaray"ın "Antalyaspor" matçı üçün heyəti

Bu gün Türkiyə Süper Liqasında 28-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, açılış matçında lider "Qalatasaray" "Rams Park"da "Antalyaspor"la qarşılaşacaq.

Ntvspor.net-in yaydığı məlumata görə, baş məşqçi Okan Buruk oyuna çıxaracağı start heyəti müəyyənləşdirib.

Söhbət Muslera, Frankovski, Sançez, Abdülkerim, Eren, Sara, Torreira, Yunus, Morata, Barış, Osimhen "11-liyi"ndən gedir.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.