"Qalatasaray"ın "AZ Alkmaar"la oyun üçün start heyəti
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, maraqla gözlənilən görüşlərdən biri İstanbulda olacaq.
Türkiyənin yarışdakı təmsilçisi "Qalatasaray" doğma arenada "AZ Alkmaar" qəbul edəcək.
Artıq meydan sahiblərinin təxmini start heyəti də bəllidir.
Ntvspor.net-in yaydığı məlumata görə, baş məşqçi Okan Buruk bu qarşılaşmada Muslera, Questa, Davinson, Abdülkerim, Sara, Torreyra, Jelert, Sallai, Mertens, Barış Alper, Osimhen "11-liyinə" güvənəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
İlk görüş Niderland klubunun 4-1 hesablı qələbəsi ilə nəticələnib.