"Qalatasaray"ın derbiyə bu heyətlə çıxacağı gözlənilir

Türkiyə futbolu həvəskarlarının diqqəti bu gün İstanbul derbisindədir.

Super Liqanın lideri "Qalatasaray" doğma arenada "Fənərbağça"nı qəbul edəcək.

Matçın favoriti sayılan meydan sahiblərinin qarşılaşmaya çıxacağı təxmini start heyət artıq məlumdur.

Ntvspo.net-in yaydığı məlumata görə, baş məşqçi Okan Buruk əzəli rəqiblə oyunda Muslera, Frankovski, Sançes, Abdülkerim, Eren, Torreyra, Lemina, Şallai, Sara, Barış Alper, Osimhen "11-liyindən" yararlanacaq.

Qeyd edək ki, İstanbul derbisində start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.