"Qalatasaray"ın iki futbolçusu "Qaziantepspor" yolunda
"Qalatasaray" bəzi futbolçularla yolları ayırmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, onlardan ikisi "Qaziantep" formasını geyinməyə yaxındır.
Bu haqda Ntvsport.net saytı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, baş məşqçi Selçuk İnanın sərəncamında görmək istədiyi futbolçular Taylan Antalyalı ilə Aleksandru Çiçaldaudur.
Bu transferlərin həftəiçi reallaşdırılacağı gözlənilir.