"Qalatasaray"ın stadionunda xüsusi tədbirlər görüləcək

Sabah UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqla gözlənilən görüşlərdən biri İstanbulda olacaq.

Söhbət "Qalatasaray" - "AZE Alkmaar" matçından gedir.

Oyunqabağı təşkilatçıları narahat edən məqamlardan biri meydanla bağlıdır.

İstanbulda gözlənilən güclü qar təhlükəsi futbol meydanının sıradan çıxması ilə nəticələnə bilər.

Ardıcıl olaraq "AZE Alkmaar", ardınca isə İstanbul derbisində "Fənərbağça"nı qəbul edəcək "Qalatasaray" rəhbərliyi ot örtüyünün yararsız hala düşməməsi üçün önləyici tədbirlər görəcək.

"Sözcü" qəzetində yayılan məlumata görə, stadionun isitmə sistemi bu günlərdə dayanmadan çalışdırılacaq.

Mütəxəssislər bununla meydanın yararlı halda qalmasına nail olmaq istəyirlər.