"Qalatasaray"ın ulduz futbolçusu "Yanq Boys"la oyunları buraxacaq

"Qalatasaray" "Hatayspor" ilə oyunda zədələnən Davinson Sançez durumu haqqında açıqlama yayıb.

Sportline.az Türkiyə klubunun rəsmi hesabına istinadla xəbər verir ki, sağ üst arxa əzələ qrupunda ikinci dərəcəli gərginlik (gərilmə və qanaxma) aşkarlanan 28 futbolçunun müəyinəsinə başlanılıb.

3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq Sançesiz Çempionlar Liqasında Yanq Boysla oyunları buraxacağı gözlənilir.

Qeyd edək ki, Sançez 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a 9 milyona avro qarşılığında transfer olunub.