"Qalatasaray"ın ulduzu "Yuventus"un hədəfində
Cari mövsümdə uğursuz çıxış ilə azarkeşlərini məyus edən "Yuventus" yeni sezonda heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, turnililərin transfer siyahısında yer alan futbolçulardan biri də "Qalatasaray"ın formasını geyinən Viktor Osimhendir.
Bu haqda İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə "qoca sinyora" yay transfer dönəmində bu istəyini reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, "Napoli"yə məxsus olan nigeriyalı forvard icarə əsasında "Qalatasaray"da oynayır.