"Qalatasaray"ın yeni baş məşqçisi rəsmən açıqlandı

Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi məlum olub. SportLine.az xəbər verir ki, Mustafa Dənizli ilə yollarını ayıran "sarı-qırmızılar" hollandiyalı Yan Olde Riekerinklə razılığa gəliblər. 

Mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək. 

Qeyd edək ki, Riekerink “Ayaks”ın yeniyetmə komandasını, “Gent”,  “Emmen”i çalışdırıb, “Porto” və Donetsk “Metallurq”unda köməkçi məşqçi kimi fəaliyyət göstərib. Sonradan “Ayaks” akademiyasının rəhbəri olmuş Riekerink  Çinin U-20 və U-16 yığmalarına da rəhbərlik edib.