"Qalatasaray"ın yeni oyunçusu Qabriel Saranın transfer detalları məlum olub

"Qalatasaray" "Norviç Siti" forması geyinən braziliyalı yarımmüdafiəçi Qabriel Saranı heyətinə qatıb.

Sportline.az klubun rəsmi hesabına istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Klubdan verilən açıqlamada "Qalatasaray"ın bu transfer üçün "Norviç Siti"yə 18 milyon avro ödəyəcəyi bildirilib.(3 mövsümə bölünərək).

Qabriel Sara Türkiyə klubunda ilinə 2.75 milyon avro qazanacaq.

Qeyd edək ki, Sara "Norviç"də çıxış etdiy 2 mövsüm ərzində 96 oyunda iştirak edib və 21 qol, 17 asistə imza atıb.