"Qalatasaray"ın yeni transferi İngiltərədə ilin rəmzi heyətinə seçilib
Dünən İngiltərə Peşəkar Futbolçular Assosiasiyasında 2023/24 mövsümünün ən yaxşı oyunçularının seçildiyi mükafatlandırma mərasimi keçirilib.
Sportline.az GOAL.com-a xəbər verir ki, bir çox mükafatların verildiyi mərasimdə Premyer Liqa, Çempionşip və İngiltərə Futbol Liqalarında 2023/24 mövsümünün ən yaxşı 11-liyi müəyyənləşib.
"Qalatasaray"ın "Norviç Siti"dən heyətinə qatdığı Qabriel Sara da İngiltərə Çempionşipdə ötən mövsümün ən yaxşı 11-liyinə daxil olub.
Ötən mövsüm "Norviç" forması ilə 53 oyuna çıxan braziliyalı 14 qol və 13 asistlə yadda qalıb.