Qallaher ölkəsinə qayıdır
"Çelsi"nin sabiq futbolçusu Konor Qallaher karyerasını yenidən ölkəsində davam etdirə bilər.
Sportline.az "Sunday Express" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır.
"Atletiko Madrid" ingiltərəli oyunçusu üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, Qallaher bu mövsüm meydana çıxdığı 11 matçda 1 qolla yadda qalıb.