QALMAQAL: "Fənərbağça"da ara qarışıb

"Fənərbağça" düşərgəsindən növbəti qalmaqal xəbəri yayılıb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 23 apreldə oynanılan "Qalatasaray"-"Fənərbağça" derbisindən əvvəl yaşanıb. Qreqori Van der Vieli heyətdə görmək istəyən baş məşqçi Dik Advokat yetirməsindən aldığı cavabdan narazı qalıb. Özünü oyuna hazır saymadığını bildirən hollandiyalıya "bu cür oyuna da özünü hazır hiss etmirsənsə, ümumiyyətlə bizə lazım deyilsən"  - deyən çalışdırıcıya kapitan Volkan Dəmirəl də dəstək olub. Tənqidlərə etinasız yanaşan futbolçunun davranışı Volkanı "özündən çıxarıb". Hollandiyalının üstünə şığıyan kapitanı komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Xatırladaq ki, sözügedən derbi "Fənərbağça"nın 1-0 hesablı qələbəsi ilə nəticələnmişdi.