Qambiyalı futbolçu "Sivasspor"da
Super Liqa komandalarında "Sivasspor" heyətini müdafiəçi ilə gücləndirib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu "Ludoqorets" forması geyinən Sonko Sundberqi 1 mövsümlüyünə icarəyə götürüb.
28 yaşlı oyunçu ötən mövsüm Bolqarıstan klubunun heyətində 36 oyuna çıxıb və 2 qol, 2 asistlə yadda qalıb.
Futbolçu daha əvvəl karyerasında "Levski Sofiya", "Östersund" və AİK kimi komandaların uğurları üçün çalışıb.
Qeyd edək ki, Sundberq 16 dəfə Qambiya milli komandasının formasını geyinib.