Qanlı Yanvar hadisəsindən 30 il ötür
1990-cı il qanlı 20 yanvar faciəsindən 30 il keçir.
Sportline.az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan xalqı onları heç vaxt unutmayacaq...