Qapıçı son dəqiqədə 90 metr məsafədən fərqləndi

İngiltərə aşağı liqasında keçirilən "Hemel Hempsted" - "Satton Yunayted" matçında mükəmməl qol qeydə alınıb. SportLine.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Ceymi Batler son dəqiqədə 90 metr məsafədən vurduğu qolla komandasına qələbə qazandırıb - 2:1.