Qara Qarayev "Qarabağ"dan ayrılır
“Qarabağ” fanatlarının ən sevimli futbolçularından biri klubu tərk etməyə hazırlaşır. Qaynarinfo.az saytının yaydığı məlumata görə yaxın günlərdə klubla yollarını ayıracaq Qara Qarayev karyerasını Türkiyədə davam etdirmək niyyətindədir. Qeyd edək ki, komandada 6 dayaq yarımmüdafiəisi olduğu halda Rahid Əmirquliyevin transfer olunması kiminsə gedişindən xəbər verirdi. Amma həmin futbolçunun məhs Qara Qarayev olması yəqin ki əksəriyyəti təəccübləndirdi. 2008-ci ildən “Qarabağ”ın şərəfini qoruyan istedadlı yarımmüdafiəçinin Türkiyənin hansı klubuna üz tutacağına yaxın günlərdə aydınlıq gətiriləcək.