Qara Qarayev qərarını verdi
Türkiyənin “Mersin İdman Yurdu” klubuna keçidi gündəmdə olan milli komandamızın və “Qarabağ”ın üzvü Qara Qarayevin qardaş ölkəyə getməyəcəyi dəqiqləşib. SportLine.az xəbər verir ki, bu barədə apasport.az saytına futbolçu özü məlumat verib.
“Artıq qərar verdim, getməyəcəm. Həm ailəmlə bağlı narahatlığım var, onları tək qoyub, getmək istəmədim. Digər yandan, apardığım təhlilər bu keçidin karyerama ziyan vura biləcəyinə işarə oldu. Mersin haqda bəzi məlumatlar topladım və qərarımda haqlı olduğumu göstərdi” – deyə gənc oyunçu bildirib.