Qara Qarayev qapıçı geyimində

"Qarabağ" Futbol Klubu ad gününü qeyd edən Qara Qarayevi təbrik edib. SportLine.az xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesablarında paylaşılan şəkillərdə futbolçu qapıçı geyimi ilə təqdim olunub.

Bu, təsadüfi deyil. Q.Qareyev ötən gün UEFA Millətlər Liqasında Farer adalarına qarşı görüşdə topu qapı xəttindən çıxarmaqla komandasını "qapıçı kimi" xilas edib.

Qeyd edək ki, futbolçu 26 yaşını qeyd edir.