“Qarabağ” 1 milyon avroluq futbolçunu geri qaytardı

Bu gün "Qarabağ"da şok gəlişmə yaşanıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu "Vitoriya"nın hücumçusu Abdul-Aziz Yakubunun transferindən vaz keçib.

Əslində, hər şey son dəqiqəyə kimi yaxşı gedirdi.

"Köhlən atlılar" keçid mövzusunda Portuqaliya təmsilçisi ilə anlaşmış, 4 illik müqavilə qarşılığında onlara nə qədər təzminat ödəyəcəyini müəyyənləşdirmişdi.

Qanalı forvard bu məqsədlə bir neçə gün öncə komandanın Avstriyada yerləşən düşərgəsinə dəvət edilmiş, məşqlərə də qatılmışdı. 23 yaşlı afrikalının dünən Tula "Arsenal"ı ilə keçirilən yoxlama görüşündə iştirakı da nəzərdə tutulmuşdu. Lakin…

Yakubunun tibbi müayinəsi bütün planları pozub. Həkim kontrolundan keçən hücumçunun sağlıq durumu məşqçilər korpusunu məyus edib. Belə ki, onun səhhətində ciddi problemlər aşkarlanıb.

sportinfo.az