"Qarabağ" Almaniyada çıxış edən azərbaycanlıya elçi düşdü

"Qarabağ" Almaniyanın "Red Bull Leypsiq" klubunun aşağı yaş qrupunda çıxış edən azərbaycanlı futbolçu Murad Mahmudovla maraqlanır. Bu barədə SportLine.az saytına futbolçunun ailəsi məlumat verib. 

Hazırda 17 yaşadək milli komandanın düşərgəsində olan Muradla "Qarabağ" nümayəndələri ötən gün 18 yaşadək milli komanda ilə keçirilən yoldaşlıq görüşündən sonra söhbət ediblər. 

Qeyd edək ki, sözügedən matçda 15 yaşlı hücumçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.