"Qarabağ" "Anderlext"lə görüşə Almeydasız çıxa bilər

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Anderlext”lə qarşılaşacaq "Qarabağ" daha bir itki ilə üzləşib.

SportLine.az Qol.Az saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Riçard Almeyda zədələnib.

Məşq zamanı zədələnən braziliyalı yarımmüdafiəçi bu səbəbdən Premyer Liqamızın ötən turunda "İnter"lə oyunu buraxıb.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a açıqlamasında deyib ki, Almeyda komanda ilə birlikdə Belçikaya aparılacaq. Ancaq onun meydana çıxıb-çıxmayacağı hələlik bilinmir.

Digər zədəli futbolçu Ansi Aqollinin də "Anderlext"lə görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.

Xatırladaq ki, dekabrın 10-u keçiriləcək "Anderlext" - "Qarabağ" matçı saat 00:05-də başlayacaq.