"Qarabağ" - "Aşdod" görüşünün hakimi açıqlandı

Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Polşa Futbol Federasiyasından Kşiştof Yakubi idarə edəcək. Ona Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" görüşü  saat 20:00-da başlanacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.