"Qarabağ" - "Çelsi" görüşünün hakimləri məlumdur
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 22-də Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.