"Çelsi" Bakıda 3 xal qazandı
Bu gün UEFA Çempionlar Liqasında 5-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha 8 qarşılaşma keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" doğma azarkeşləri önündə sonuncu oyununa çıxacaq. Rəqib "Çelsi" olacaq.
Londonda 6 cavabsız qolla qalib gələn "zadəganlar"ın işinin bu gün asan olmayacağı dəqiqdir. "Atletiko" ilə hər iki görüşdə xal qazanmağa nail olan Qurban Qurbanovun komandası, bu dəfə də yerli futbolsevərləri sevindirmək əzmindədir.
Aktivində 2 xalı olan "köhlən atlar" 3 xal qazanmaqla mübarizəni Avroliqada davam etdirmək üçün gözəl imkan qazana bilər. "Çelsi" isə qələbə sayəsində növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçın start fiti saat 21:00-da səslənəcək.
22 noyabr 2017
Çempionlar Liqası
"C" qrupu, 5-ci tur
"Qarabağ" - "Çelsi" - 0:4
QOLLAR: Eden Azar, 21/p. (0:1); Villian, 36 (0:2); Fabreqas, 73/p. (0:3); Villian, 85 (0:4)
SARI VƏRƏQƏLƏR: Yakub Jezniçak, 41 ("Qarabağ"); Markos Alonso, 53 ("Çelsi"); Maksim Medvedev, 71 ("Qarabağ")
QIRMIZI VƏRƏQƏ: Rəşad Sadıqov, 19 ("Qarabağ")
ƏVƏZETMƏLƏR: Coşqun Diniyev ↔ Mahir Mədətov, 46 ("Qarabağ"); Qari Keyhill ↔ Markos Alonso, 58 ("Çelsi"); Danni Drinkvoter ↔ N'Qolo Kante, 75 ("Çelsi"); Elvin Yunuszadə ↔ Donald Gerye, 81 ("Qarabağ"); Dani Kintana ↔ Dino Ndlovu, 85 ("Qarabağ")
“QARABAĞ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (K), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
“ÇELSİ”: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. N'Qolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta (K), 30. David Luiz
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bakayoko, 24. Qari Keyhill, 27. Andreas Kristensen, 66. Düjon Sterlinq
Baş məşqçi: Antonio Konte
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu