"Qarabağ" ÇL-dəki bütün ev oyunlarını bu stadionda keçirəcək
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhəsindəki bütün ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Sportline.az xəbər verir ki, bunu klubun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.
O, Liqa mərhələsindəki bütün oyunların maraqlı alınacağına ümid bəslədiyini söyləyib: "İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarına qarşı oynayacağıq. Portuqaliya klubları ilə oynamaq mənə ləzzət verir.
"Napoli" də İtaliya üçün əzilmiş xalqın savaş simvoludur. Belə bir klubun "Qarabağ"la oynaması çox böyük bayramdır. Xaricdə bunu biləndə məni qucaqlayırlar. Artıq bizi sevir, qəbul edir, sevinirlər".