"Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın sonuncu yoxlama matçındakı rəqibi də məlum olub. Sportline.az  klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Brondbü” ilə qarşılaşacaqlar. Danimarka təmsilçisi ilə matç iyulun 2-də keçiriləcək. Qeyd edək ki, “Qarabağ” – “Brondbü” görüşü Bakı vaxtı ilə 20:00-da start götürəcək.