"Qarabağ" - "Dinamo" (Moskva) matçının başlanma saatı açıqlandı

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabah növbəti sınaq matçına çıxacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

Qeyd edək ki, ilk görüşdə Rusiya klubu “Axmat”a (0:1), daha sonra isə Bolqarıstan MOİK-inə (2:5) məğlub olan Qurban Qurbanovun yetirmələri bu dəfə Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

 

Banner