"Qarabağ" - "Düdelanj" oyununun vaxtı açıqlandı

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "Qarabağ"ın ilk oyununun vaxtı dəqiqləşib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi birinci matçını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Qarşılaşmanın start fiti 12 iyul, saat 21:00-da səslənəcək. 

Qeyd edək ki, cavab görüşü 1 həftə sonra Lüksemburqda oynanılacaq.