"Qarabağ"dan "Ferentsvaroş" üzərində inamlı qələbə
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu Macarıstanda “Ferensvaroş”un qonağıdır.
Oyun Bakı vaxtı ilə 23:00-da başlanıb.
Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
 
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
19 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) - 1:3 (İkinci hissə)
Qollar: Barnabas Varqa, 29 (1:0), Marko Yankoviç, 50 (1:1), Kevin Medina, 67 (1:2), Musa Qurbanlı, 85 (1:3)
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”
 
 
                                     
                     
                 
                 
                 
                 
                